Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, qəza Bakı–Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan “Chevrolet” markalı avtomobil yol kənarına aşıb.
Nəticədə 1989-cu il təvəllüdlü Süleyman Şəmiyev müxtəlif bədən xəsarətləri ilə Ağdaş rayon xəstəxanasına çatdırılıb. Daha 3 yaralı isə Yevlax rayonundakı tibb müəssisəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər