Müğənni Aysel Əlizadə plastik əməliyyat keçirən xanımlardan danışıb.
“Qafqazinfo”nun məlumatına görə, ifaçı müəyyən yaşa çatanda əməliyyat etdirəcəyini bildirib:
“Plastik əməliyyat keçirənlərə pis baxmıram. Hər şeyin vaxtı və zamanı var. Şükürlər olsun ki, təbii gözələm. Burun da, dodaq da, kiprik də özümündü. Müəyyən yaşa çatanda əminəm ki, estetik əməliyyatlardan istifadə edəcəm. Qadın hər zaman baxımlı olmalıdı. Vaxtı çatanda əməliyyat edənlər var. Onların ağlı yoxdur ki, Nəsibənin kuklasına özlərini oxşadırlar. Bunun nə mənası var? Gedib özlərini “Barbi” kuklasına oxşatsınlar”.
Fotolar: Nuran



Son xəbərlər
Son Xəbərlər