Ukrayna Ali Radasının azı 38 deputatı ishal səbəbindən parlamentin bu gün keçirilən iclasında iştirak etməyib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Strana.ua” məlumat yayıb.
Jurnalistlərin sözlərinə görə, Ukrayna parlamentinin bugünkü iclası zamanı zal, demək olar ki, boş qalıb.
Ukraynanın teleqram kanallarında zalın boş qalmasını əks etdirən şəkil yayımlanıb.
Qeyd edək ki, ötən gün Radada kütləvi zəhərlənmə hadisəsi barədə xəbər yayılmışdı. İlkin məlumatlara görə, onlarla deputatda bağırsaq pozğunluğu və qusma qeydə alınıb. Bir sıra parlamentarilər hadisənin yeməkxanadakı yeməkdən qaynaqlandığını bildiriblər, lakin mətbuatda mümkün rotavirus epidemiyası barədə iddialar da yer alıb.
Hakim “Xalqın xidmətçisi” partiyasının adı açıqlanmayan üzvü zəhərlənmiş partiya yoldaşlarının hərarətinin 40°C-yə yaxınlaşdığını açıqlayıb. Onlardan bəzilərinin ishal və qusmadan da əziyyət çəkdikləri bildirilib.
Son xəbərlər
Son Xəbərlər