AMB “Premier Kredit"in lisenziyasını ləğv etdi

amb-premier-kreditin-lisenziyasini-legv-etdi
Oxunma sayı: 888

“Premier Kredit Bank olmayan kredit təşkilatı” MMC-nin lisenziyası ləğv edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 23 aprel Qərarı ilə “Premier Kredit Bank olmayan kredit təşkilatı” MMC-yə verilmiş 1 dekabr 2014-cü il tarixli, BKT-29 nömrəli müvafiq lisenziya könüllü əsaslarla ləğv edilib.

“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.