Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov kommunal xidmətlərdə qiymət artımının inflyasiyaya təsiri ilə bağlı sualı cavablandırıb.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında danışıb.
T.Kazımovun sözlərinə görə, 2025-ci ildə inflyasiya 5,5 faiz olub və tənzimlənən qiymətlərin artırıcı təsiri 0,51 faizdir:
“Biz inflyasiyaya təsirləri qiymətləndirmişik. Hökumətlə daha sıx, koordinasıyalı şəkildə çalışırıq”.
AMB sədri, həmçinin neftin orta qiymətinin 2025-ci il üzrə 77,3 dollar proqnozlaşdırıldığını açıqlayıb. Sədr vurğulayıb ki, təbii qazın orta qiyməti isə bu il üzrə 349 dollar proqnozlaşdırıb.
Gülnar Əliyeva