Amorim “Mançester Yunayted”dən göndərildi

amorim-mancester-yunaytedden-gonderildi
Oxunma sayı: 1156

“Mançester Yunayted” baş məşqçisi Ruben Amorimlə yollarını ayırıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, onun yerinə müvəqqəti olaraq “Mançester Yunayted”in sabiq futbolçusu Darren Fletçer gətirilib.

Qeyd edək ki, “qırmızı-şeytanlar” hazırda İngiltərə Premyer Liqasında 20 oyundan 31 xalla 6-cı yeri tutur.

Xatırladaq ki, R. Amorim 2024-cü ildə “Mançester Yunayted”in baş məşqçisi təyin edilmişdi.