“İnsanların tez-tez diqqətdən kənarda saxladığı bəzi sadə vərdişlər uzunömürlülüyün ən vacib şərtlərindən biridir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə kardioloq Yekaterina Paukova müsahibəsində bildirib.
Mütəxəssisin sözlərinə görə, sağlam və uzun ömür sürməyin ana şərtlərindən biri yuxu rejiminə tam riayət etməkdir:
“Orta hesabla yetkin insanın gecə 7-8 saat istirahət etməsi vacibdir. Keyfiyyətli yuxu orqanizmin gün ərzindəki gərginlikdən sonra bərpa olunmasına, həmçinin hormonal sistemin normal fəaliyyətini qorumasına şərait yaradır. Bundan əlavə, kifayət qədər yuxu almaq diqqəti cəmləməyə və yaddaşı möhkəmləndirməyə kömək edir”.
Kardioloq xüsusilə vurğulayıb ki, yuxu zamanı xoruldayan şəxslər vaxt itirmədən somnoloqa (yuxu mütəxəssisi) müraciət etməlidirlər. Çünki xorultu tənəffüsün dövri olaraq dayanması ilə müşayiət olunan “obstruktiv yuxu apnesi” sindromunun əlaməti ola bilər.
Həkim xəbərdarlıq edib ki, bu patologiya qanda oksigenin azalmasına, ürək döyüntülərinin tezliyinin artmasına və təzyiqin yüksəlməsinə gətirib çıxarır. Nəticədə isə bu hal hipertoniya və digər ürək-damar xəstəliklərinin yaranma riskini kəskin şəkildə artırır.
Son xəbərlər
Son Xəbərlər