Ançelotti bunu bacaran ilk məşqçidir

ancelotti-bunu-bacaran-ilk-mesqcidir
Oxunma sayı: 3606

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqası tarixinə düşüb. “Qafqazinfo” xəbər verir ki, o, turnir tarixində 200 oyun keçirən ilk baş məşqçi adına yiyələnib.

K.Ançelotti buna ötən gecə “Mançester Siti”yə qarşı keçirdiyi matçda nail olub. 3:3 hesabı ilə başa çatan qarşılaşma onun üçün yubiley qarşılaşması kimi tarixə düşüb. 

Baş məşqçi kimi 200 oyunda Karlo Ançelotti 115 qələbə qazanıb, 43 heç-heçə edib və 42 dəfə uduzub.