Ançelotti qalmaqallı məqama belə aydınlıq gətirdi - Video

ancelotti-qalmaqalli-meqama-bele-aydinliq-getirdi
Oxunma sayı: 844

Braziliya yığmasının baş məşqçisi Karlo Ançelotti Norveçlə matçın 14-cü dəqiqəsində Bruno Gimareynşin penaltini yerinə yetirməsi ilə bağlı çoxsaylıq tənqidlərə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, 11 metrlik cərimə zərbəsini niyə Vinisiusun deyil, Brunonun vurmasına aydınlıq gətirib:

“Bizim ən yaxşı penalti vuranlarımız Neymar, İqor Tiaqo və Brunodur. Digər ikisi meydanda olmadığı üçün o, vurmalı idi. Təəssüf ki, penaltidən yararlana bilmədi”. 

Qeyd edək ki, Bruno Gimareynş 14-cü dəqiqədə təyin olunan penaltidən istifadə edə bilməyib. Braziliya isə 1/8 finalda Norveçə uduzaraq mübarizəni dayandırıb.