“Araz-Naxçıvan”da baş məşqçi ilə bağlı qərar

araz-naxcivanda-bas-mesqci-ile-bagli-qerar
Oxunma sayı: 496

Lisenziyalaşdırma qaydalarının tələblərini yerinə yetirmək üçün UEFA PRO kateqoriyasına sahib Zaur İsmayılov “Araz-Naxçıvan”ın əsas komandasına baş məşqçi təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Rəhbərliyin klubdaxili qərarına əsasən, Misli Premyer-Liqasının 2026/2027-ci il mövsümündə A komandanın nəticələrinə, komandanın məşq və oyunlarının idarə olunmasına, komandanın taktiki-texniki hazırlığına və mətbuatla ünsiyyətə (mətbuat konfranslarında iştirak, komanda ilə bağlı açıqlamalar vermək) cavabdehlik isə Cavid Hüseynova həvalə olunub.