Arestoviç istefa verdi - Yenilənib

arestovic-istefa-verdi
Oxunma sayı: 7231

Ukrayna Prezidentinin Ofisinin müşaviri Aleksey Arestoviç istefa verib.

“Qafqazinfo” xəbər verir ki, Arestoviç bu barədə öz feysbuk hesabında məlumat yayıb.

“İstefa ərizəsi yazmışam. Sivil davranış nümunəsi göstərmək istəyirəm: prinsipial səhvdir, bu isə istefa deməkdir”, - deyə Arestoviç qeyd edib. 

Qeyd edək ki, Arestoviç yanvarın 14-ü Dnepr şəhərində 9 mərtəbəli yaşayış binasına Rusiya ordusu tərəfindən raket zərbəsinin endirilməsi ilə bağlı yanlış məlumat verdiyi üçün tənqid olunub. Belə ki, hadisədən sonra Arestoviç bildirib ki, Ukraynanın hava hücumundan müdafiə vasitələri Rusiya tərəfinin atdığı raketi vurub və bundan sonra raket Dneprdə binaya düşüb. Bunun ardınca, Rusiya mediası Dneprdə baş verən hadisəyə görə məhz Ukraynanı günahlandırıb. Ukrayna Silahlı Qüvvələri isə Arestoviçin açıqlamasını təkzib edərək bildirib ki, ukraynalı hərbçilər həmin növ raketləri zərərsizləşdirmək üçün vasitələrə sahib deyillər. 

***

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisi Arestoviçin istefasını qəbul edib.