“Arman Dikiy” Almatıda saxlanıldı

arman-dikiy-almatida-saxlanildi
Oxunma sayı: 6852

Xəbər verdiyimiz kimi, kriminal aləmdə “Arman Dikiy” kimi tanınan avtoritet Arman Cumageldiyev Qazaxıstana gedib. O, burada etirazçılardan təxribatçılara qulaq asmamağı, soyğunçuluq və iğtişaşları dayandırmağı xahiş edib.

“Qafqazinfo” Qazaxıstanın Terrorizmlə Mübarizə üzrə Operativ Qərargahına istinadən xəbər verir ki, Arman Cumageldiyev Almatı şəhərində saxlanılıb.

Onun saxlanılmasının detalları barədə məlumat verilməyib.