Arvadını güllələyərək öldürdü, polislərə atəş açdı - Yenilənib

arvadini-gulleleyerek-oldurdu-polislere-ates-acdi
Oxunma sayı: 7365

Şirvanda qadın əri tərəfindən güllələnib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə Şirvan şəhəri “Köhnə şəhər” adlanan ərazidə, Gülbala Şıxbala oğlu küçəsində baş verib.

Ailə münaqişəsi zəminində Şirvan şəhər sakini Elnur Abıyev həyat yoldaşı - 1982-ci il təvəllüdlü Abıyeva Xəyalə Cabir qızını ov tüfəngi ilə vurub.

Qarın nahiyəsində güllə yarası alan qadın Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirlərək əməliyyata götürülüb.

O, saxlanarkən polisə silahlı müqavimət göstərib. Ov tüfəngindən atəş açan Elnur Babayev polislərlə atışmada yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

***

Baş Prokurorluq da məsələ barədə məlumat yayıb.

Bildirilib ki, bu gün saat 18 radələrində 1979-cu il təvəllüdlü  Şirvan şəhər sakini   Abıyev Elnur Mətləb oğlu   şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evdə arvadı 1982-ci il təvəllüdlü Abıyeva Xəyalə Cabir qızına qoşa lüləli ov tüfəngi ilə 1 dəfə atəş açaraq hadisə yerindən qaçıb, sonuncuya tibb işçiləri tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq, almış olduğu xəsarətdən xəstəxanada ölüb.

Elnur Abıyevin tutularaq istintaqa cəlb edilməsindən ötrü Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı E.Abıyev polis əməkdaşlarını gördükdə özündə olan qoşa lüləli ov tüfəngi ilə onlara atəş açıb, həmin vaxt polis əməkdaşları tərəfindən xidməti silah tətbiq edilməklə onun hər iki ayaq nahiyəsinə  atəş açılaraq  hərəkət etməsinin qarşısı alınmaqla sonuncu saxlanılıb.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.