Sosial şəbəkələrdə İspaniyaya məxsus Seuta anklavının ərazisinə keçməklə bağlı yeni çağırışlar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Canal Sur” teleradiosu məlumat yayıb.
Məlumata görə, İspaniya ərazisinə keçmək üçün tarix qismində 23 sentyabr seçilib. Həmin gün Mərakeş parlamentinin Nümayəndələr Palatasına (aşağı palata) ümumi seçkilər keçirilməlidir. “Facebook” sosial şəbəkəsində müvafiq çağırışların yer aldığı qruplardan birinin 91 mindən çox üzvünün olduğu bildirilir.
İspaniyanın Mərakeşdəki səfirliyi isə Seuta və Melilya anklavlarının ərazisinə qeyri-qanuni keçidin ölkənin Avropa hissəsinə giriş, ölkədə qalma və ya Avropa İttifaqı (Aİ) ərazisində sərbəst hərəkət hüququ vermədiyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, iyulun 30-da Mərakeşin Fenidek sahillərindən minlərlə miqrant İspaniyaya məxsus Seuta və Melilya anklavlarına üzərək və ya piyada keçməyə cəhd edib. Bundan sonra İspaniya hökuməti bölgəyə əlavə hərbi qüvvələr göndərərək sərhəd təhlükəsizliyini gücləndirib. İspaniya ərazisinə keçməyə çalışarkən 100-dək şəxsin həlak olduğu bildirilir.
Son xəbərlər
Son Xəbərlər