Gənc Tamaşaçılar Teatrında mövsümün açılışı anşlaqla keçdi - Fotolar

genc-tamasacilar-teatrinda-movsumun-acilisi-anslaqla-kecdi
Oxunma sayı: 389

Ötən gün Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında 99-cu teatr mövsümünun açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, teatrda dramaturq, maarifçi Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyası səhnələşdirilib.

Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.

Səhnə əsərində Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər - Elnur Bəhramxan, Nəsibə Eldarova, Gülər Nəbiyeva, artistlər Anar Seyfullayev, Şəbnəm Hüseynova, Ramil Şamiloğlu, Nurlan Süleymanlı, Hüsniyyə Əhmədova, Ədalət Əbdülsəməd, Kərəm Hadızadə, Rəşad Səfərov, Hüseyn Bayramov, Xaliq Bəkirov, Tahir İsmayılov, Aydın Dəmirov, Yusif  Dadaşov, İmdad Tofiqoğlu, Eldar İmanov, İmran Qurbanov iştirak edirlər.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında mövsümün açılışı anşlaqla keçib.