“İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda və “Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində olan “Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
Sənədə görə, İqtisadiyyat Nazirliyi və Mədəniyyət Nazirliyi qərardan irəli gələn məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etməlidir.
Son xəbərlər
Son Xəbərlər