Lənkəranda 3 gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb.
“Qafqazinfo” xəbər verir ki, Kərgəlan kəndində tanışı tərəfindən döyülən kənd sakini, 2010-cu il təvəllüdlü E.İ. bu gün Lənkəran Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
Bildirilib ki, 3 gündür süni tənəffüs aparatına qoşulu vəziyyətdə olan oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, əməli törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü İ.B. polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 2010-cu il təvəllüdlü şəxs (kişi) 17.09.2026-cı il tarixində saat 23:30 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, alının sağ payında yumşaq toxuma şişkinliyi, komatoz vəziyyət diaqnozları təyin olunan şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən şəxs Reanimasiya şöbəsinə yerləşdirilib. süni tənəffüs aparatına qoşulub. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 21.09.2026-cı il tarixində saat 15:00-da şəxsin ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Son xəbərlər
Son Xəbərlər