Yenə Gəncə, yenə ən çox azarkeş

yene-gence-yene-en-cox-azarkes
Oxunma sayı: 799

Misli Premyer Liqasında 6-cı turun rəsmi protokollarına əsasən, ən çox azarkeş sayı yenə Gəncədə qeydə alınıb. 

“Qafqazinfo” xəbər verir ki, “Kəpəz” – “Sumqayıt” matçını stadionda 14 min 500 tamaşaçı izləyib. Bu, turun rekord göstəricisi olub.

Bu göstəricidə ikinci yeri “Turan Tovuz” – “Zirə” matçı tutur - 4000 tamaşaçı. Sonrakı yerlərdə “Qarabağ” – “Şəfa” (1200), “Sabah” – “İmişli” (1150), “Şamaxı” – “Araz Naxçıvan” (1100) matçları qərarlaşıb. Ən az azarkeş isə “Qəbələ” – “Neftçi” oyununa gəlib - 800 nəfər.

Beləliklə, 6-cı tura stadionlarda ümumən 22 min 750 azarkeş baxıb.

Xatırladaq ki, bu mövsüm ən çox azarkeş rekordu da da Gəncəyə məxsusdur. “Kəpəz” – “Şamaxı” oyununu stadionda 15 min tamaşaçı izləyib.