Atasının qətlinə görə 15 yaşlı oğlu saxlanıldı - Yenilənib

atasinin-qetline-gore-15-yasli-oglu-saxlanildi
Oxunma sayı: 5944

Balakəndə atasını öldürməkdə şübhəli bilinən oğlu saxlanılıb.

Bu barədə “Qafqazinfo”ya DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, dekabrın 23-də 12:30 radələrində Balakən rayonu ərazisində 1975-ci il təvəllüdlü Bayramov Qəhrəman İlyas oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bildirilib ki, polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Q.Bayramovun oğlu, 2008-ci il təvəllüdlü yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Araşdırmalarla yetkinlik yaşına çatmayan C.B-nin kəsici-deşici alətlə xəsarət yetirərək atası Qəhrəman Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, yetkinlik yaşına çatmayan iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.