Səlim Müslümova ağır itki

selim-muslumova-agir-itki
Oxunma sayı: 486

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova ağır itki üz verib.

“Qafqazinfo” xəbər verir ki, onun anası Qəndifə Müslümova vəfat edib.

Eks-nazirin qardaşı Radim Müslümov saytımıza bildirib ki, anaları 4 gün əvvəl 86 yaşında dünyasını dəyişib. O, Ağsunun Pirhəsənli kəndində torpağa tapşırılıb.

Allah rəhmət eləsin!