Avropada ən çox qələbə qazananlar - “Sabah” lider, “Qarabağ” 3-cüdür

avropada-en-cox-qelebe-qazananlar
Oxunma sayı: 678

Cari mövsüm Avrokubokların təsnifat mərhələsində ən çox qələbə qazanan klubların adları açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, siyahıya “Sabah” başçılıq edir. 

Çempionlar Liqasında mübarizə aparan Valdas Dambrauskasın komandası keçirdiyi 6 görüşün 5-də qələbə qazanmaqla liderliyə sahibdir. 

Digər təmsilçimiz “Qarabağ” isə 3-cü pillədə qərarlaşan komandaların siyasında yer alıb. Qurban Qurbanovun yetirmələri 3 qələbə ilə bu siyahıya düşüblər. 

Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva), “Qarabağ” isə Niderlandın “Tvente” komandası ilə üz-üzə gələcək.