“Avroviziya” mahnımız təqdim olundu - Video

avroviziya-mahnimiz-teqdim-olundu
Oxunma sayı: 3249

“Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin ifa edəcəyi mahnı təqdim olunub. 

“Qafqazinfo” xəbər verir ki, “Özünlə apar” adlı mahnı müsabiqənin rəsmi yutub səhifəsində yerləşdirilib. 

Mahnının müəllifi bu il ölkəmizi “Avroviziya”da təmsil edəcək Fahree - Fəxri İsmayılov özüdür.

Müasir pop və ənənəvi etnik musiqi janrlarını özündə birləşdirən mahnının üzərində Fahree ilə birgə gənc, istedadlı yerli musiqiçilər - Mado Salikh, Edqar Ravin, Həsən Heydər və Mila Miles çalışıblar.

Mahnının muğam hissəsini digər təmsilçimiz İlkin Dövlətov ifa edib.

Xatırladaq ki, təmsilçilərimiz İsveçin Malmö şəhərində mayın 7-də səhnəyə çıxacaqlar.