“Avroviziya”ya gedən Tural-Turan kimdir? - Video

avroviziyaya-geden-tural-turan-kimdir
Oxunma sayı: 9936

Xəbər verdiyimiz kimi, “Avroviziya-2023”​ Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı TuralTuranX dueti təmsil edəcək.

“Qafqazinfo”nun məlumatına görə, əkiz qardaşlar 2000-ci ildə Zaqatala şəhərində anadan olublar.

“Musiqi məktəbində təhsil almamışıq. Fortepiano ilə ilk tanışlığımız orta məktəbdə olub. Dərslərdən yayınaraq gizlində mahnılar öyrənməklə məşğul olurduq. İnstrumental savadımızı məktəbdəki o pianoya borcluyuq. Atamız da gördü ki, əl çəkmirik, bizə “ikinci əl” sintezator aldı. Sonralar gitarada da ifa etməyi öyrəndik”, - qardaşlardan biri danışır.

Onların sözlərinə görə, yazdıqları mahnını müsabiqənin seçim turunun bitməsinə 3-4 gün qalmış göndəriblər, cavab alacaqlarını düşünməyiblər.

***

OLAY-ın məlumatına görə, gənc ifaçıların həyatı elə də rəngarəng keçməyib. Erkən yaşda atalarını itirən Turalla Turan 2015-ci ildə daha bir itki yaşayıb.

3 nəfərin ölümü, 2 nəfərin isə ağır yaralanması ilə nəticələnən yol qəzasında sənətçilər ailə üzvlərini itirib. Zaqatalanın Yuxarı Tala kəndində baş verən hadisədə “Mercedes” markalı avtomobil aşıb. Onların iki qardaşı - 20 yaşlı Emin Bağmanov və 21 yaşlı Camal Bağmanov bu qəzada vəfat edib.

Turalla Turan isə elə həmin rayonda anasının himayəsində böyüyüb.