Avtomobil işıq dirəyinə çırpılıb kökündən çıxardı - Yaralı var+Fotolar

avtomobil-isiq-direyine-cirpilib-kokunden-cixardi
Oxunma sayı: 1331

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, “VAZ-21099” markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.

İlkin məlumata görə, qəza zamanı bir nəfər xəsarət alıb.

Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərilib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***

Qəza zamanı 1993-cü il təvəllüdlü Sürət Süleymanov xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Yunis Quliyev