Ayağı dəmir barmaqlıqların arasında qaldı - FHN-ə müraciət etdilər+Video

ayagi-demir-barmaqliqlarin-arasinda-qaldi
Oxunma sayı: 305

Suraxanı rayonu, MİDA 2 yaşayış kompleksinin ərazisində yeniyetmənin ayağı söhbətgahın dəmir barmaqlıqları arasında sıxışıb və çıxara bilməyib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sakinlər Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər.

Əraziyə cəlb edilən xilasedicilər tərəfindən xilasetmə avadanlıqları tətbiq edilməklə vətəndaşın ayağı çıxarılıb.