“Ayntraxt”ın futbolçusu “Qarabağ”la oyundan danışdı - “Çox məyusuq”

ayntraxtin-futbolcusu-qarabagla-oyundan-danisdi
Oxunma sayı: 1361

“Ayntraxt”ın (Frankfurt) hücumçusu Ansqar Knauff Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda Bakıda “Qarabağ”a (2:3) məğlub olduqları oyunu şərh edib.

“Qafqazinfo” xəbər verir ki, “DAZN”a danışan forvard uğursuz nəticəyə görə üzüldüyünü dilə gətirib:

“Belə olmamalıdır. Çox məyusuq. Biz yenə də son dəqiqələrdə iki qol buraxırıq. Təsəvvür edin, biz hər oyunda üç qol buraxırıq. Belə vəziyyətdə qalib gəlmək çox çətindir. Bu, həqiqətən də məyusedicidir”.