“Azenco” ASC-nin ümumi yığıncağı keçirilib

azenco-asc-nin-umumi-yigincagi-kecirilib
Oxunma sayı: 2054

Ötən həftə Mingəçevir şəhərində qanunvericiliyin tələblərinə uyğun olaraq “Azenco” ASC-nin ümumi yığıncağı keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə “Azenco” ASC-nin İdarə Heyətinin sədri tərəfindən cəmiyyətin illik hesabatı (balansı) təqdim edilib və müzakirələrdən sonra yığıncaq iştirakçıları tərəfindən hesabat təsdiq edilib. 

Bundan sonra maliyyə-təftiş komissiyasının hesabatıdinlənilib, Müşahidə Şurasının sədri tərəfindən hesabat təqdim edilib və cəmiyyətin maliyyə nəticələri müzakirə edilib. 

Nəticədə qərara alınıb ki, ehtiyac olan investisiyanın cəlb olunması məqsədilə əlavə səhmlər buraxılsın. 

Sonda “Azenco” ASC-nin Müşahidə Şurasının və İdarə Heyətinin tərkibi məsələsi müzakirə edilib. 

Yığıncaq iştirakçılarının səsverməsi nəticəsində cəmiyyətin Müşahidə Şurasınını və İdarə Heyətinin sədr vəzifələrində hansısa dəyişiklik edilməyib. Yalnız İdarə Heyətinin sədrinin 1-ci müavini vəzifəsində dəyişlik olub.

Bununla “Azenco” ASC-nin ümumi yığıncağı işini başa vurub və cəmiyyətin rəhbərliyinə qarşıdakı fəaliyyətində uğurlar arzulanıb.