“Azərbaycan bu göstəricilər üzrə digərlərindən daha sürətlə irəliləyir”

azerbaycan-bu-gostericiler-uzre-digerlerinden-daha-suretle-irelileyir
Oxunma sayı: 307

“Azərbaycan əhali baxımından dünyada 81-ci, ÜDM payına görə 83-cü və coğrafi ölçülərinə görə 98-ci yerdədir”.

“Qafqazinfo” xəbər verir ki, bunu İtaliyanın “TEHA Group & The European HouseValerio De Molli” şirkətinin baş icraçı direktoru Valerio De Molli İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dinamiklik baxımından isə Azərbaycan dünyada 15-ci ən dinamik ölkədir: “Bu, çox diqqətəlayiq bir göstəricidir. Xüsusilə də bunu 145-ci olduğunuz 2019-cu ilin başlanğıc nöqtəsi ilə müqayisə etsək, dinamiklik baxımından böyük bir sürətlənmə mövcuddur. Bununla yanaşı, ölkəniz davamlılıq baxımından 73-cü, gələcəyə yönümlülük üzrə isə 62-ci yerdədir. Bütün hallarda Azərbaycan bu göstəricilər üzrə digərlərindən daha sürətlə irəliləyir”.

Günel İbrahimova