Azərbaycan Dövlət Turizm Agentliyi Rusiyada işini bərpa edəcək

azerbaycan-dovlet-turizm-agentliyi-rusiyada-isini-berpa-edecek
Oxunma sayı: 1574

“Azərbaycan bu il Dövlət Turizm Agentliyinin Rusiyadakı nümayəndəliyinin işini bərpa etməyi planlaşdırır”.

“Qafqazinfo” xəbər verir ki, bunu “TASS”a müsahibəsində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.

Səfir bildirib ki, bu, ikitərəfli turizm əlaqələrini daha da gücləndirəcək:

“Biz gələcəyə nikbin baxırıq və onun parlaq olması üçün əlimizdən gələni edəcəyik”.