Azərbaycan futbolunda biabırçı hakim səhvi - Video

azerbaycan-futbolunda-biabirci-hakim-sehvi
Oxunma sayı: 7557

Azərbaycan Premyer Liqasının 24-cü turunda keçirilən “Kəpəz” – “Qəbələ” matçında gərgin anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, matçın 48-ci dəqiqəsində top Gəncə klubunun futbolçusunun əlinə dəysə də, oyunun baş hakimi Rəvan Həmzəzadə penalti təyin etmək əvəzinə, küncdən zərbəyə işarə edib.

Onun bu qərarı etirazla qarşılanıb. Maraqlıdır ki, referi VAR-a getməkdən də imtina edib və qərarında israrlı olduğunu bildirib.

Mübahisəyə səbəb olan epizodun videosunu təqdim edirik: