Azərbaycan və Çin birgə universitetinin yaradılması imkanı müzakirə edildi - Fotolar

azerbaycan-ve-cin-birge-universitetinin-yaradilmasi-imkani-muzakire-edildi
Oxunma sayı: 407

Elm və Təhsil Nazirliyi nümayəndə heyətinin Çinə səfəri çərçivəsində nazir müavini Həsən Həsənli ölkənin təhsil nazirinin müavini Ren Youqun ilə görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə süni intellekt, ümumi və ali təhsil sahələrində yeni təşəbbüslər, həmçinin birgə universitetin yaradılması imkanları üzrə geniş fikir mübadiləsi aparılıb.

Səfər proqramı çərçivəsində nümayəndə heyəti “Huawei” şirkətinin baş ofisində də görüş keçirib. Tərəflər informasiya-kommunikasiya texnologiyaları, təhsilin idarəolunması üzrə innovativ həllər, süni intellekt, rəqəmsal transformasiya və tədqiqat-inkişaf sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

“Huawei” nümayəndələri süni intellekt üzrə son texnoloji yeniliklər, qlobal layihələr, təhsil və elmi müəssisələrlə birgə laboratoriyaların yaradılması, kadr hazırlığı və bilik transferi mexanizmləri barədə təqdimatla çıxış ediblər.