“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı - Yaralı var+Fotolar

mercedes-evvel-masina-sonra-agaca-cirpilib-asdi
Oxunma sayı: 610

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, “Toyota” və “Mercedes” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Mercedes” yoldan çıxaraq ağaca çırpılıb və aşıb.

İlkin məlumata görə, qəza nəticəsində avtomobildə olan bir qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.

***

Qəza nəticəsində 2004-cü il təvəllüdlü Aysel Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yunis Quliyev