İranın cənubunda partlayış baş verib

iranin-cenubunda-partlayis-bas-verib
Oxunma sayı: 267

İranın cənubunda yerləşən Sirik şəhərində üç güclü partlayış səsi eşidilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.

Qeyd olunur ki, hadisədən bir qədər əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti hava zərbələri dalğasına başladığını elan edib. Rəsmi Vaşinqton bu yeni hücumların məqsədinin İranın hərbi potensialını zəiflətmək olduğunu bəyan edib.

Xatırladaq ki, iyunun 17-də ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını və danışıqların yeni mərhələsinə başlanılmasını nəzərdə tutan müvəqqəti anlaşma memorandumu imzalamışdılar. Lakin iyulun 8-də qarşılıqlı zərbələrin yenidən bərpa olunmasından sonra ABŞ hakimiyyəti Vaşinqtonla Tehran arasındakı atəşkəsin artıq qüvvədə olmadığını açıqlayıb. Bunun ardınca isə İran tərəfi ABŞ-ni müvəqqəti anlaşma memorandumunu “darmadağın etməkdə” ittiham edib.

İyulun 14-də İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin hücumlarına cavab olaraq Vaşinqtonun Bəhreyn və Küveytdəki hərbi obyektlərinə zərbələr endirib. SEPAH-ın məlumatına görə, Bəhreyndəki “Şeyx İsa” bazasında yerləşən anqarlar, həmçinin Küveytdəki “Əli əl-Salem” bazasında PUA-ların yerləşdirildiyi meydança uğurla vurulub.