“Azərbaycan və Türkiyə liderləri İrəvana dəvət olunublar” - Mirzoyan

azerbaycan-ve-turkiye-liderleri-irevana-devet-olunublar
Oxunma sayı: 2587

“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin gələn ilin yazında keçiriləcək sammitində iştirak etmək üçün İrəvana dəvət olunublar”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında bildirib.

“Dəvətlər hələlik şifahi şəkildə göndərilib”, - Mirzoyan əlavə edib.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin növbəti sammitləri 2026-cı ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə Azərbaycan və Latviyada keçiriləcək.