“Azərbaycanda futbolun inkişafı üçün hakimlər dəyişməlidir” - Abubakar+Video

azerbaycanda-futbolun-inkisafi-ucun-hakimler-deyismelidir
Oxunma sayı: 591

“Birinci məsələ hakimlərlə bağlıdır. Hakimlər dəyişməlidir, bu, ilk addımdır”

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Neftçi”nin kamerunlu ulduzu Vensan Abubakar deyib.

“İkinci məsələ isə məncə, stadionda daha çox azarkeş olmalıdır. Düşünürəm ki, bunlar müsbətə doğru dəyişsə, liqa da dəyişəcək. Amma əsas məsələ olaraq hesab edirəm ki, hakimlik müasirləşməlidir”, – deyə o söyləyib.