Cəlilabadda “Toyota” aşdı - Yaralılar var-Yenilənib

celilabadda-toyota-asdi
Oxunma sayı: 909

Cəlilabadda yol-nəqliyyatı hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Əsədli kəndində qeydə alınıb.

Belə ki, “Toyota Prado” markalı minik avtomobili idarəetmədən çıxaraq  aşıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (3 qadın, 2 kişi) saat 12:00 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 3 nəfər (2 kişi, 1 qadın) ambulator müalicə üçün evə buraxılıb. 

1 nəfərin (qadın) vəziyyəti orta ağır qiymətləndirilib və daha ixtisaslı xidmət almaq üçün özəl tibb müəssisəsinə təxliyə olunub.

Hazırda 1 nəfərin (qadın) tibb müəssisəsinin müvafiq şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir”, - məlumatda qeyd edilib.

***

Cəlilabadda aşan maşını idarə edən Şatırlı kənd sakini 1985-ci il təvəllüdlü Kəmalə Rüstəmova olub.

Qəzada sürücü ilə yanaşı xəsarət alanlar onun övladları - 13 yaşlı Z. Rüstəmova,11 yaşlı İ. Rüstəmova və 7 yaşlı A. Rüstəmovdur.

Surxay Şahbazov