Azərbaycanda ilk psixologiya mərkəzi 13 yaşında! - Fotolar

azerbaycanda-ilk-psixologiya-merkezi-13-yasinda
Oxunma sayı: 2813

Psixologiya hər kəsin ruhundan xəbər verən bir sahədir. Burada təkcə böyüklərin deyil, uşaqların da problemlərinin həlli var.

Bakının düz mərkəzində yerləşən bu məkana müraciət edənlər isə təkcə probleminin həllini deyil, həm də mənəvi dinclik tapırlar. Bura “Müasir Psixologiya Mərkəzi”dir.

Azərbaycanda ilk psixologiya mərkəzi olan bu məkan artıq 13 ildir ki, fəaliyyət göstərir. Mərkəzdə ölkədə analoqu olmayan müxtəlif terapiya və müalicə üsulları mövcuddur. Hazırda yenilənın və müasir avadanlıqlarla təchiz olunan “Müasir Psixologiya Mərkəzi” beynəlxalq standartlara uyğun proqramla çalışır.

Mərkəzdə uşaqlar üçün bu gündən etibarən yeni sensor inteqrasiya otağı, “floor-time”, özbaxım otağı, uzay terapiyası, interaktiv oyun otağı, ABA tətbiqedici davranış terapiyası fəaliyyətə başlayır.

Bu gün 13 illiyi münasibətilə maraqlı tədbir düzənləyən “Müasir Psixologiya Mərkəzi” dəvət etdiyi qonaqlarına yeniliklərini, müasir avadanlıqlarla təchiz olunan terapiya otaqlarını təqdim etdi.

Mərkəzin rəhbəri, klinik-psixoloq Aidə Sübhanın sözlərinə görə, “Müasir Psixologiya Mərkəzi” onlara güvənən, inanan hər kəsin evidir: “Çalışırıq ki, insanımız xaricə üz tutmasın, onu narahat edən problemlərin həlli bizim mərkəzdə çözülsün. İnsanın sağlamlığı, xoşbəxtliyi, hətta karyerası belə onun psixoloji halı ilə birbaşa bağlıdır. Övladınızda autizm spektri varsa, əgər uşaqlarınızın nitqində, davranışında, sosial mühitə adaptasiya olmasında problemlər yaranıbsa, hətta autizm spektri varsa, mütləq “Müasir Psixologiya Mərkəzi”nə üz tutun. Problemlərinizin əlacı yalnız buradadır”.

Əlaqə nömrəsi: 055 977 00 83