Azərbaycanda sabiq nazir vəfat etdi

azerbaycanda-sabiq-nazir-vefat-etdi
Oxunma sayı: 9837

Azərbaycanın sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, o, 81 yaşında dünyasını dəyişib.

Mərhum sabah Gəncədə torpağa tapşırılacaq.

Qeyd edək ki, Abdullayev Müzamil İmran oğlu 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrınadək kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

Emin Səfərov