Azərbaycanda yeni xəbər portalı fəaliyyətə başladı

azerbaycanda-yeni-xeber-portali-fealiyyete-basladi
Oxunma sayı: 1192

Azərbaycanda yeni xəbər portalı - “yurd.media” fəaliyyətə başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə portalın təsisçisi və baş redaktoru, jurnalist Murad Əliyev sosial şəbəkə hesabında məlumat paylaşıb. 

M.Əliyev bildirib ki, sayt bölgələrdən son xəbərləri çatdırmaqla yanaşı, regionların inkişafı ilə bağlı reportajlar, araşdırmalar təqdim etməyi hədəfləyir.