“Azərbaycandakı erməni hərbçilər 9 noyabr bəyanatından sonra saxlanılıb” - Lavrov

azerbaycandaki-ermeni-herbciler-9-noyabr-beyanatindan-sonra-saxlanilib
Oxunma sayı: 3828

“2020-ci il noyabrın 9-da üç ölkə lideri tərəfindən imzalanan bəyanatda söhbət həmin vaxtda əsirlikdə olan şəxslərin azad olunmasından gedirdi”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Seygey Lavrov bu gün Moskvada keçirilən mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda olan erməni hərbçilər 9 noyabr bəyanatından sonra, noyabr ayının sonlarında saxlanılıblar.

Qeyd edək ki, bu gün Rusiyada səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Sergey Lavrov arasında görüş keçirilib.