Azərbaycandan Rusiyaya yumurta ixracına başlanıldı

azerbaycandan-rusiyaya-yumurta-ixracina-baslanildi
Oxunma sayı: 1786

Azərbaycandan Rusiyaya ərzaqlıq yumurtanın ixracına başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Rusiya Federasiyasına “Yaraq-Qazmalar” buraxılış məntəqəsi vasitəsilə Azərbaycandan 36 ton (612 min ədəd) həcmində ərzaqlıq yumurtanın ilk partiyası ixrac edilib.

Qeyd edək ki, yumurta ixracı ilə bağlı qərar bu ilin noyabrında “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvertin ölkəmizə səfəri zamanı AQTA-nın sədri Qoşqar Təhməzli ilə aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib.