Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib

mastagadaki-guclu-yangin-sonduruldu
Oxunma sayı: 3265

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

***

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən tədbirlər sayəsində yanğın genişlənməsinə, həmçinin ətraf ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb.