Azərbaycanı konfransda o təmsil etdi

azerbaycani-konfransda-o-temsil-etdi
Oxunma sayı: 2015

Biləşmiş Ərəb Əmirliklərində martın 15-dən 18-dək keçirilən 5-ci EPOMEC  2018 konfransında ölkəmizi oftalmoloq-cərrah Günay Əliyeva təmsil edib.

"Qafqazinfo" xəbər verir ki, Dubayda baş tutan konfransda xanım cərraha ötən il Əbu-Dabi şəhərindəki beynəlxalq konfransda qazandığı mükafat da təqdim olunub.

G. Əliyevanın sözlərinə tədbir çox maraqlı keçib:

"Konfransda özəlliklə dünya şöhrətli, kitablarını sevə-sevə oxuduğumuz və öyrəndiyimiz professor Lawerence Yanuzzinin, Wiliam Mielerin təcrübəsini dinləmək xüsusi zövq verirdi".