“Azərbaycanın Qarabağda təhlükəsizliyi təmin etmək üçün öz qüvvələri var”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov deyib.
İ.Tasmaqambetov açıqlamasında Qarabağın Azərbaycan ərazisi olduğunu xatırladıb: “Düşünürəm ki, regionda sabitlik daha çox Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivindən asılıdır”.