“Azerconnect Group” və “NVIDIA” arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

azerconnect-group-ve-nvidia-arasinda-terefdasliq-muqavilesi-imzalanib
Oxunma sayı: 723

“Azerconnect Group” və qlobal texnologiya nəhəngi “​NVIDIA” arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, müqavilə “Azerconnect Group”un baş direktoru Emil Məsimov və “​NVIDIA”nın baş vitse-prezidenti Cef Fişer tərəfindən ABŞ-də imzalanıb.

Əməkdaşlığın ilkin mərhələsində “Azerconnect Group” “GeForce NOW” xidmətini təqdim edəcək.

ABŞ səfəri zamanı “Azerconnect Group” rəhbərliyi, “​NVIDIA”nın telekommunikasiya sahəsində biznesin inkişafı üzrə qlobal vitse-prezidenti Kris Penrouzun rəhbərlik etdiyi komanda ilə görüşlər keçirib. Əməkdaşlığın növbəti mərhələsi üçün süni intellekt əsaslı şəbəkələr, 6G infrastrukturu və süni intellekt data mərkəzinin yaradılması prioritet istiqamətlər olaraq müəyyən edilib.

“​NVIDIA” ilə rəsmi tərəfdaşlıq qlobal texnologiya liderləri ilə əməkdaşlığımızın yeni strateji mərhələsinin başlanğıcıdır. “Azerconnect Group” olaraq rəqəmsal xidmətlər portfelinin daha da genişləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”, - Emil Məsimov qeyd edib.

“​NVIDIA” ilə tərəfdaşlıq “Azerconnect Group”un texnoloji imkanlarını daha da genişləndirərək süni intellekt əsaslı innovativ həllərin tətbiqini sürətləndirəcək.

“Azerconnect Group” haqqında:

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.