BAAU-nun tələbəsi “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb - Foto

baau-nun-telebesi-heyder-eliyev-adina-teqaude-layiq-gorulub
Oxunma sayı: 2714

Azərbaycan Prezidentinin Sərəncamı ilə təsis edilmiş ali təhsilin bakalavriat səviyyəsində əyani formada təhsil alan və təhsildə yüksək nailiyyətləri olan 100 tələbəyə “Heydər Əliyev adına təqaüd” təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, təqaüd alanlar sırasında Bakı Avrasiya Universitetinin (BAAU) Filologiya fakültəsinin IV kurs tələbəsi Leyla Salmanovanın da adı var. 

Bu münasibətlə universitetin rektoru, professor Nazim Hüseynli Fililogiya fakültəsinin dekanı, dosent Salman Süleymanovu və təqaüdə layiq görülmüş IV kurs tələbəsi Leyla Salmanovanı qəbul edib. O, Bakı Avrasiya Universitetini layiqincə təmsil etdiyinə və təhsildə qazandığı uğurlara görə tələbəni təbrik edib, fakültə dekanına təhsildə verdiyi töhfələrinə görə ayrıca təşəkkürünü bildirib.