Bakı aeroportu WUF13-lə bağlı sərnişinlərə müraciət etdi

baki-aeroportu-wuf13-le-bagli-sernisinlere-muraciet-etdi
Oxunma sayı: 608

Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində həyata keçirilən hazırlıq tədbirləri ilə əlaqədar olaraq, 11 aprel tarixindən 12 aprelə keçən gecə paytaxtın bəzi istiqamətlərində müəyyən edilmiş marşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək.

Bu barədə “Qafqazinfo”ya Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, bu çərçivədə, 12 aprel saat 01:30-dan 03:30-dək aeroport istiqamətində nəqliyyatın hərəkətində müvəqqəti tənzimləmələr həyata keçiriləcək.

Mövcud vəziyyəti nəzərə alaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı, mümkün nəqliyyat sıxlığını nəzərə almağı və Zığ şosesi istiqamətindən alternativ marşrut kimi istifadə imkanını dəyərləndirməyi tövsiyə edir.
Uçuşların vaxtında və rahat şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə sərnişinlərə hava limanına uçuşdan ən azı 3 saat əvvəl gəlmələri tövsiyə olunur.

Qeyd edək ki, hava limanı ilə şəhər mərkəzi (“28 May” Nəqliyyat Mübadilə Mərkəzi) arasında hərəkət edən “Aeroekspress” avtobus marşrutu fəaliyyətini qrafik üzrə davam etdirəcək və sərnişinlər üçün etibarlı nəqliyyat alternativi olaraq qalır.