Bakı Qızlar Universitetində təhsil alan tələbələrin taleyi necə olacaq?

baki-qizlar-universitetinde-tehsil-alan-telebelerin-taleyi-nece-olacaq
Oxunma sayı: 410

Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, akkreditasiya prosesinin əsas məqsədi ali təhsildə keyfiyyətin təmin edilməsi, tələbələrin hüquqlarının qorunması və ali təhsil müəssisələrinin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkil olunmasının təmin edilməsidir.

Qeyd edək ki, Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb.