Bakıda 58 yaşlı kişi qətlə yetirildi - Qardaşı saxlanıldı

bakida-58-yasli-kisi-qetle-yetirildi
Oxunma sayı: 3714

Bu gün saat 01 radələrində Binəqədi rayonu Xocasən qəsəbəsində bıçaqlanma hadisəsi olub.

Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 1965-ci il təvəllüdlü Fətəliyev Vasif Fətəli oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən V. Fətəliyevin qardaşı Bayram Fətəliyev saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

***

Hadisə ilə bağlı Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, dekabrın 7-si saat 1 radələrində paytaxtın Binəqədi rayonu ərazisində 1965-ci il təvəllüdlü Vasif Fətəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 1977-ci il təvəllüdlü Bayram Fətəliyevin Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı qardaşı Vasif Fətəliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Bayram Fətəliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.