Bakıda blokun girişi çökdü, qadın yaralandı - Yenilənib - Video

bakida-blokun-girisi-cokdu-qadin-yaralandi
Oxunma sayı: 4172

Bakının Xətai rayonunda yaşayış binasında giriş blokunun önü çöküb. Hadisə Köhnə Günəşli qəsəbəsindəki Mehmandarov küçəsində baş verib.

Sakinlər hadisə yerindən çəkdikləri görüntüləri “Qafqazinfo”ya göndəriblər. Görüntülərdə vətəndaşların xəsarət alan bir şəxsə kömək etdikləri görünür.

Məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxladıq. Qurumdan saytımıza bildirildi ki, çökmə qeydə alınandan sonra əraziyə tibbi yardım briqadası cəlb olunub: “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 06.06.2024-cü il tarixində saat 10:10 radələrində Xətai rayonu, Mehmandarov küçəsi 74, blok 8 ünvanında balkonun çökməsi və bir nəfərin (qadın cinsli) xəsarət alması səbəbilə müraciət daxil olub.

Çağırış üzrə hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. 58 yaşlı şəxsə diz nahiyəsinin sıyrılmış yarası diaqnozu qoyulub. O, hospitalizasiyadan imtina edib”.

Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən bildirilib ki, hadisə olan kimi dərhal qurumun əməkdaşları əraziyə cəlb olunub:

“Hadisə baş verən zaman qadın ayağını həmin yerə qoyub. Ayağı bir az xəsarət alıb. Ancaq indi heç bir problem yoxdur. Həmin yerə beton vurulub. Qısa müddət ərzində qəza aradan qaldırılıb”.